Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycana səfərə gələcək.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, AŞPA-nın seçkiqabağı müşahidə missiyası yanvarın 21-i Azərbaycana gələcək və səfər yanvarın 24-dək davam edəcək:
“Səfər çərçivəsində AŞPA nümayəndələri MSK, parlament rəhbərliyi, Milli Məclisdə təmsil olunan müxalifət və iqtidar partiyalarının nümayəndələr, müxtəlif dövlət qurumları, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Səfərin əsas məqsədi seçkiqabağı ölkədə mühitin öyrənilməsi və gedən proseslərə AŞPA tərəfindən qiymət verilməsidir”. (Report)