17 Yanvar 2020 15:56
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ictimaiyyəti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş aparıcı üzvlərinin yaratdığı yeni siyasi hərəkatlara marağını sürətlə itirir”.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Əbdülqədir Səlvi deyib.

Ekspert xatırladıb ki, keçmiş Baş nazir Əhməd Davudoğlu və onun keçmiş müavini Əli Babacan AKP-dən ayrıldıqdan sonra hakim partiyanın son seçkilərdəki zəif nəticələrindən faydalana biləcəkləri zənn edərək yeni partiya qurmaq qərarına gəlib.

Selvi sonuncu sorğuların nəticələrinə istinad edib, yeni partiyaların zəruri olduğunu düşünən Türkiyə ictimaiyyətinin seçkilərdən dərhal sonra 34.6 faizinin buna maraq göstərdiyini, indi bu rəqəmin 14.9 faizə düşdüyünü bildirib: “Babacan partiyasını quran zaman bu göstərici on faizdən aşağı düşərsə təəccüblənməyin”.

Ekspert qeyd edib ki, yeni partiya quran Davudoğlu keçmiş prezident Abdullah Gül vasitəsilə AKP üzvlərinin böyük bir hissəsini öz tərəfinə çəkəcəyinə ümid etsə də, bu gözlənti özünü doğrultmadı: “Davudoğlu Gələcək adlı partiyanı dekabrda elan etdi, amma Türkiyənin siyasi səhnəsinə o qədər də təsir göstərə bilmədi”.

Səlvinin sözlərinə görə, yeni siyasi hərəkatlara marağın azalması Türkiyəni 17 ildən çox idarə edən hakim partiyanın keçmiş aparıcı üzvlərin cəmiyyətin dini kəsmi arasında nüfuzlu olmaması səbəb ola bilər:

“Prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəkar seçici bazasına “dini parçalamaq” çağırışı da buna təsir göstərə bilər. Az adam hər hansı bir partiyanın seçkilərdə AKP-yə birbaşa təsir etmək üçün kifayət qədər gücünün olacağına inanır, amma müxalif dairələr ümid edir ki, hakim koalisiyadan kifayət qədər seçicini qopara, onu çoxluqdan məhrum edə və Ərdoğanın yenidən seçilmək şansını çətinləşdirə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər