Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin parlament sədri Arçil Talakvadze ilə görüşüb.
Görüşdə iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu vurğulanıb.
A.Talakvadze Gürcüstanın Azərbaycanla sıx münasibətlərinin olduğunu deyib. Spiker Azərbaycanla münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə edib.
Z.Həsənov səmimi qəbula görə minnətdarlığını ifadə edib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Gürcüstan parlamentinin azərbaycanlı deputatları da iştirak ediblər./Report/