22 Yanvar 11:34

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.

Bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı da şikayətlərin sayı əvvəlki seçkilərdəkindən müqayisəolunmaz dərəcədə azalıb:

“Hesab edirəm ki, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq. İndiyə qədər müqayisə olunmayan bir nəticə əldə olunub. Yəni bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib”.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək./Report/


Müəllif: Teleqraf.com