35 saylı Xətai üçüncü seçki dairəsinin sədri İmran Hüseynəliyev istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı həmin dairədən deputatlığa namizəd İqbal Ağazadə şəxsi feysbuk hesabında yazıb.
İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.”
Qeyd edək ki, eyni dairədən Rauf Arifoğlu da deputatlığa namizəddir.