27 Yanvar 2020 16:25
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.

İclasda ilk olaraq fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək niyyətində olan qurumların müracətinə baxılıb.

Məsələ barədə məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, seçkidə “exit-poll”un keçirilıməsi uzun illərdir təcrübədən keçirilib:

“Vətəndaşların Əmək Hüquqlarını Müdafəsi Liqası MSK-ya müraciət edərək exit-poll keçirmək niyyətində olduğunu bildirb. O, bu işi ABŞ-dan olan xarici tərəfdaşı “AJF&Associates İnc.” (“Artur Filkenşteyn və Assosiasiya”) ilə birgə keçirəcək. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası təqdim etdiyi sənədlərdə bildirilib ki, “exit-poll”u 118 seçki dairəsi üzrə 1053 seçki məntəqəsində keçirmək niyyətindədir. Bu iki təşkilat 2015-ci il parlament seçkilərində, 2016-cı ildə keçirilən referendumda və 2018-ci ildə keçirilən prezident seçkilərində “exit-poll” keçiriblər. Təqdim olunan sənədlərdə o da bildirilib ki, 47 nəfər supervayzer, 2106 intervüyerin bu layihəyə cəlb olunması nəzərdə tutulub”.

Məsələ səsə qoyularaq qəbul edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər