27 Yanvar 2020 16:40
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında daha sonra 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cavad Cavadovun həmin dairədən digər namizəd Elnur Allahverdiyevlə bağlı şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O qeyd edib ki, C.Cavadovun şikayətində Elnur Allahverdiyevin Sloveniya Respublikasının Azərbaycandakı fəxri konsulu olduğu bildirilib:

“O qeyd edib ki, Elnur Allahverdiyevin namizəd olması Konstitusiyaya ziddir. Belə ki, Konstitusiyada qeyd olunub ki, başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər Milli Məclisin deputatı ola bilməzlər. Biz Xarici İşlər Nazirliyinə bununla bağlı sorğu göndərdik. XİN-dən bizə bildirilib ki, onun fəxri konsul kimi səlahiyyət müddəti 29 dekabr 2019-cu il tarixində bitib. Məktubda Sloveniyanın Türkiyədəki səfirliyinin notası təqdim edilib. Notada Elnur Allahverdiyevin fəxri konsul statusuna 29 dekabrda xitam verildiyi bildirilib. Yanvarın 3-də isə onun namizədliyi qeydə alınıb”.

Müzakirələr zamanı suaları cavablandrıran R.İbrahimov fəxri konsulun həmin ölkə qarşısında öhdəlik daşımadığını vurğulayıb.

R.İbrahimov şikayətin əsassız olması səbəbindən təmin edilməməsini təklif edib.

Şikayət əsassız olduğu üçün təmin edilməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər