27 Yanvar 2020 17:00
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında Milli Məclisə seçkilərlə bağlı statistik məlumatlar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, MSK sədri Məzahir Pənahov 1374 nəfərin qeydə alındığını bildirib.

Onun sözlərinə görə, bu, 1 yerə 11 nəfərin iddia etməsi deməkdir:

“Namizədlərin 248 nəfəri 19 siyasi partiyanı təmsil edir. 11 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 1115 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Ümumilikdə 310 nəfərin partiya mənsubiyyəti var”.

MSK sədri DSK-lara namizədlərin siyasi partiya mənsubiyyəti ilə bağlı rəsmi məlumat təqdim etməklə bağlı vaxt verdiklərini, artıq onların bu məlumatı təqdim etdiklərini vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər