28 Yanvar 2020 19:38
3 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatında yeni bir şey yoxdur. 7 rayonun qaytarılması Madrid prinsiplərinin bünövrəsidir. Paşinyanın belə bəyanatı öz rəqiblərini aradan qaldırmaq, onların nüfuzunu aşağı salmağa hesablanıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov Paşinyanın Serj Sərkisyanın vaxtında Azərbaycanla aparılan danışıqların detalları barədə fikirlərini şərh edərkən deyib.

“Vaxtilə bu ifadələri ATƏT-in Minsk qrupunun həmsədrləri də səsləndirmişdilər. Rayonlar Azərbaycana qaytarılır, müvəqqəti olaraq Laçın dəhlizi saxlanılır, sülhməramlılar daxil olur, qaçqınlar öz evlərinə qayıdır, ikinci mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməli idi. Referenduma texniki yanaşma müxtəlifdir. Təbii ki, azərbaycanlılar qayıtmalı və onların iştirakı ilə məsələ həll olunmalıdır. Amma Sərkisyan əngəlləyir və problem yaradırdı. Çünki bu, ona sərf etmirdi, hesab edirdi ki, Dağlıq Qarabağ dövlət kimi “tanınmalıdır”. Biz isə bununla heç vaxt razılaşmayacağıq. Dağlıq Qarabağ bütün beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycanın ərazisi kimi tanınır”.

Onun sözlərinə görə, Paşinyanın bəyanatı siyasi dairələrində də birmənalı qarşılanmayıb: “Hesab edilər ki, belə plan var idisə, niyə həyata keçirilməyib. Paşinyan hakimiyyətini möhkəmləndirmək naminə müxtəlif bəyanatlar verir. Onun bəyanatları çox ziddiyətlidir. “Qarabağ”klanını, Respublikaçılar partiyasını sıradan çıxarmaq niyyətindədir, Köçəryan həbsdədir, Sərkisyana qarşı cinayət işçi açmaq fikrindədir, bununla hesab edir ki, rəqiblərini sıxışdıracaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər