29 Yanvar 2020 22:56
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

Teleqraf.com xəbər verir ki, məlumatı Azərbaycan XİN yayıb.

Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Sabah danışıqların növbəti raundu keçiriləcək

14:36

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, dünən E.Məmmədyarov da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.


Müəllif: Teleqraf.com