29 Yanvar 2020 16:29
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda ilk olaraq fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək niyyətində olan qurumların müraciətinə baxılıb.

Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, bununla bağlı iki müraciət daxil olub. Bunlardan biri “Rəy” Monitorinq Mərkəzinin müraciətidir:

“Rəy” Monitorinq Mərkəzi 2005-ci ildən etibarən seçkilərdə “exit-poll” keçirməkdə kifayət qədər təcrübə toplayıb. Mərkəz 118 seçki dairəsi üzrə tələb edilən bütün sənəd və məlumatları MSK-ya təqdim edib. Onlar regionlarda 10 dayaq mərkəzi müəyynləşdiriblər. 1080 intervuyer bu prosesə cəlb olunub. İntervüyerlərin sayı “exit-poll” keçiriləcək seçki məntəqələrinin sayına bərabərdir. Onlar ehtiyatda 50 intervuyerin olması barədə məlumat veriblər. İntervuyerlərə nəzarət edəcək 96 supervayzer seçilib. 1500 əməkdaş bu layihəyə cəlb ediləcək.

Onlar respondent seçimində təsadüfilik prinsipini əsas tuturlar. Müxtəlif yaş qrupundan olanların rəyi soruşulacaq. Xəta əmsalı olaraq 2-5 faiz nəzərdə tutublar. Bu, beynəlxalq standartlarda qəbul eidlmiş rəqəmdir”.

R.Qasımov daha sonra “Rəy” Monitorinq Mərkəzi Məhdud Məsuliyətli Cəmiyətinin seçkilərdə “exit-poll” keçirilməsinə dair hazırlanan qərar layihəsini oxuyub. Qərar səsə qoyularaq qəbul edilib.

MSK sədrinin müavini bildrib ki, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın məşhur “Opinon way” sosioloji tədqiqat institutu ilə birgə “exit-poll” keçirməklə bağlı MSK-ya müraciət edib:

“Opinion way” yenilikçi yanaşmaları ilə hər zaman diqqət çəkir. İki təşkilat 118 seçki dairəsi üzrə 236 seçki məntəqədə “exit-poll” keçirmək niyyətindədir. Bu iş üçün 472 intervüyer ayrılıb. Onların gənc yaşda ali təhsilli Azərbaycan vətəndaşları olması diqqətçəkən haldır. Bu təşkilat maarifləndirmə kitabçaları hazırlayıb. Gün ərzində məlumatların 3 dəfə mərkəzə ötürülərək emal olunması nəzərdə tutulur”.

R.Qasımov bu təşkilatların “exit-poll” keçirməsinin məqbul sayıldığını vurğulayıb.

Bununla bağlı qərar layihəsi də səs qoyularaq yekdilliklə qəbul olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər