30 Yanvar 2020 17:56
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb.

Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK-nın və Ekspert qrupunun üzvü Validə Kazımova məlumat verib. O bildirib ki, 57 saylı Kürdəmir seçki dairəsindən namizədliyi özü tərəfindən irəli sürülmüş İbrahimova Gülzar İsaxan qızı tərəfindən müraciət daxil olub.

V.Kazımova sözügedən dairə seçki komissiyasının araşdırılma prosesinə cəlb edilməsinin vacib olduğunu bildiirb. O, müraciətin araşdırılma müddətinin 3 gün müddətinə uzadılmasını təklif edib.

Müzakirədən sonra müraciətin araşdırma müddətinin uzadılmasına qərar verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər