30 Yanvar 2020 19:42
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz bir-birimizə barmaq göstərməməliyik".

Bunu Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.

Türkiyəli deputat hesabatda səhv ifadələrin işlədildiyini AŞPA-nın nəzərinə çatdırıb: "Bu hesabatda düzgün olmayan ifadələr yer alıb. Avropa Şurasında və burda AŞPA-da istifadə olunan kəlmələr anlayışlı və açıq ruhlu olmalıdır. Digər dövlətlərin AŞPA-dakı nümayəndə heyətlərindən olan həmkarlarım bunu artıq qeyd etdilər. Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq edir. İstənilən ölkədə problemlər var. Mənim Türkiyədən olan həmkarım bu məsələyə toxundu. Belçikada şəhər merlərindən biri Türkiyəli həmkarı ilə görüşdüyü üçün partiyadan uzaqlaşdırılıb".

Akif Çağatay Kılıç AŞPA-da Ermənistan nümayəndə heyətini öz problemləri ilə məşğul olmağa, Azərbaycanın daxili məsələlərinə qarışmamağa dəvət edib: "Avropa Şurası harmoniya meydanıdır. Avropa Şurası və AŞPA bizim oturub müzakirələr apardığımız bir yerdir. Biz bir-birimizə barmaq göstərməməliyik. Əgər biz buna başlasaq, hamı bir-birinə barmaq göstərəcək. Burda Azərbaycana qarşı çıxış edən Ermənistan nümayəndə heyəti bilməlidir ki, Ermənistanda həll olunmalı problemlər çoxdur. Bunun üçün öz insan hüquqlarınızı qoruyun və öz daxili məsələlərinizlə məşğul olun".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər