Parlament seçkisini müşahidə etmək üçün 64048 müşahidəçi qeydiyyatdan keçib. Bu, bir məntəqəyə 12 nəfər düşməsi deməkdir.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, 4264 nəfər MSK-da qeydə alınıb:
“Müşahidəçilər arasında 45 siyasi partiyanın nümayənfdələri var. Onlardan 390-ı YAP-ın, 418-i Müsavat Partiyasının və digər partiyaların müşahidəçiləridir. 1250 nəfər 4 QHT-ni təmsil edir. 2070 nəfər öz təşəbbüsü ilə müşahidəçilik aparma niyyətindədir. 59784 müşahidəçi DSK-lara qeydə alınıb. Namizədlərin müşahidəşilərinin sayı 4576 nəfərdir.
20382 öz təəbbüsü ilə müşahidəçilik aparmaq istəyindədir”.
M.Pənahov bildirib ki, beynəlxalq müşahidəçilərin sayı 842 nəfərdir. Onlar 56 təşkilatı, 55 ölkəni təmsil edirlər.