Xalq şairi Sabir Rüstəmxanlı deputatlığa namizəd Zəlimxan Məmmədliyə dəstək verib.
Teleqraf.com-un məlumatına görə, Sabir Rüstəmxanlı Zəlimxan Məmmədli ilə Xalq Hərəkatı dövründən dostluq etdiyini xatırladaraq qeyd edib ki, o, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, fəallarındandır.
"Başkeçiddə, yaylaqlarda dəfələrlə Elat bayramı keçirmişik və ziyalılarla birgə Borçalının ruhunu, mənəviyyatını, bir çox ənənlərini nümayiş etdirmişik. Zəlimxan Məmmədli ictimai baxımdan son dərəcə ayıq təfəkkürlü, təmkinli, yerini bilən, avantüraya getməyən, dövlətçiliyi, dövlətin, xalqın maraqlarını hər şeydən yüksək tutan insan, gözəl təşkilatçıdır. Onun istər Güney Azərbaycan, istərsə də Borçalının yetirdiyi insanların yubileyləri ilə bağlı təşkil etdiyi tədbirlər möhtəşəm olub. Zəlimxan Məmmədli anadangəlmə millət vəkilidir. İndi deputatlığa namizəddir, çox istərdim parlamentdə Zəlimxan Məmmədli kimi deputatlarımız çox olsun", - deyə Rüstəmxanlı bildirib.