Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub.
Teleqraf.com secki-2020.az saytın-a istinadən xəbər verir ki, ən çox deputatlığa namizəd 15 saylı Yasamal Birinci Seçki Dairəsində qeydə alınıb.
Bu seçki dairəsində 23 deputatlığa namizəd var. Ən az deputatlığa namizədlər isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Gəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində 3 deputatlığa namizəd var.
Xatırladaq ki, hazırda 1325 nəfər deputatlığa namizəd var. Yanvarın 31-də deputatlığa namizədliyin geri götürülməsi halı qeydə alınmayıb. Yanvarın 31-dək olan dövrdə isə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 312 nəfər deputatlığa namizədliyini geri götürmüşdü.