Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Teleqraf.com-a məlumatına görə, partiyanın Mərkəzi Seçki Komissiyasına verdiyi maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.