Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib.
Teleqraf.com bu barədə Kremlin rəsmi saytına istinadən məlumat verir.
Təbrikdə deyilir: “Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyinizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, Siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfə verirsiniz. Əlbəttə ki, Rusiyada Sizin parlaq bəstəkarlıq, musiqiçi və artistlik istedadınızı yüksək dəyərləndirirlər, Sizin yaradıcılığınızı həqiqətən də sevirlər. Sizə ürəkdən sağlamlıq, xoşbəxtlik, rifah və uğurlar arzulayıram”.