4 Fevral 2020 16:37
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Rafal Poborskini qəbul edib.

XİN-in mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Polşa arasında iqtisadi, ticarət, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin, tərəflər əməkdaşlığın humanitar aspektlərini müzakirə edib.

Tərəflər iki ölkə arasında ən yüksək səviyyə də daxil olmaqla həyata keçirilən mübadilə və görüşləri qeyd ediblər. Bu xüsusda, Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində iki ölkənin prezidentləri arasında səmimi və səmərəli görüş keçirildiyini və iki ölkə arasında nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığın inkişafının müzakirə edildiyi məmnuniyyətlə vurğulanıb.

Səfir Rafal Poborski etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər