5 Fevral 2020 14:17
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki həftədə neftin qiyməti 15 faiz ucuzlaşıb. Bu, Çində yayılan koronavirus epidemiyası ilə əlaqədardır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, hazırda dünyada neftin qiymətində azalma müşahidə olunur: “Həftənin əvvəlində Çində neftə olan tələbatın iki milyon barel azalması barədə xəbər yayıldı. Bu hadisə neftin qiymətinin 55 dollardan aşağı düşməsinə gətirib çıxardı. Hazırda bazarda təlaş var, bundan sonra da neftə olan tələbatın azalması qorxusu var.

Hələ ki bazara pozitiv xəbər gəlmir. Buna görə də neftin qiymətində artım müşahidə olunmur”.

İlham Şaban hesab edir ki, yaxın müddətdə bazara canlanma gələcək: “OPEK+ çərçivəsində görüşlər əsasında yenidən neftin qiyməti 60 dollara doğru istiqamət götürəcək. Hazırda dünya təşvişdədir, planet üzrə fövqəladə hadisə baş verib. Bunu normal qəbul etmək lazımdır. 2 həftə, 3 həftə, maksimum bir ay çəkə bilər”.

Mütəxəssis bildirib ki, cari ildə ötən illə müqayisədə neftin qiymətlərinin 3-4 dollar aşağı düşəcəyi ilə bağlı proqnozlar əvvəldən verilirdi: “Düşünmürəm ki, bu il qiymətdə daha çox ucuzlaşma müşahidə olunsun”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər