Pirallahı rayon İdman Kompleksində 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Səbuhi Vaqif oğlu Rəcəbin qəsəbə sakinləri ilə növbəti görüşü keçirildi. Görüşdə xeyli sayda qəsəbə sakini, şəhid ailələri, veteranlar və gənclər iştirak edib.
Görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, vətəndaşları narahat edən bir sıra məsələlərə və son zamanlar seçkilərə kölgə salmağa çalışan şaiyələrə aydınlıq gətirilib. Səbuhi Rəcəb sakinlərə müraciət edərək deyib:”Dəyərli seçicilər, Seçki mübarizə meydanıdır. Gəzən şaiyələrə inanmayın. Bu önəmli prosesə hər biriniz qoşulun, nəyə qadir olduğunuzu sübut edin. İnanın ki, 9 Fevral 2020-ci il növbədənkənar parlament seçkiləri tam ədalətli və şəffaf keçiriləcək. Yetər ki sizə verilən bu hüquqdan istifadə edin, layiqli namizədinizə səs verin".
O, fürsətdən istifadə edərək 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyasına, MSK-na və rayon rəhbərliyinə seçkiqabağı yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Səbuhi Rəcəb çıxışı zamanı qeyd edib ki, biz millət vəkili seçilsək də, seçilməsək də bu xalqın və ölkə başçısının xidmətçiləriyik.Bu günə qədər vətəndaşlarımızla necə maraqlandıqsa, bundan sonra da elə olacaq. Seçkilərdə namizədliyimizi irəli sürməkdə tək məqsədimiz dövlətə xalqa daha yaxın ola bilmək, daha çox iş görə bilmək istəyidir. Cənab Prezidentin ölkə və gənclər siyasətini dəstəkləyirik, hər zaman mən və mənim kimi qəlbi vətənlə döyünən, dövlətini və millətini sevən minlərlə gənclər Cənab Prezidentimiz İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşəcəyimizə, dövlətimizin daha da inkişafı naminə əlimizdən gələni edəcəyimizə söz veririk!