"Avropa Şurası artıq əsl diplomatiya ilə yox, məkrli diplomatiya ilə məşğuldur. Təşkilat belə məsələlərdə barışdırıcı mövqedə olmaqla yanaşı, həm də inandırıcı və həqiqəti göstərən olmalıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Avropa Şurası son zamanlar Azərbaycana qarşı təhrikedici mövqedə çıxış etməyə başlayıb: “Təşkilatın Azərbaycanla bağlı gündəmə gətirdiyi iddialar həqiqəti əks etdirmir. Azərbaycanın rəsmi qurumları ölkədə siyasi məhbusun olmadığını dəfələrlə bəyan etsə də, onlar bu fikri qəbul etmək istəmirlər”.
Politoloq bildirib ki, Avropa Şurası bu qədər həqiqət tərəfdarıdırsa, ölkəmizdə olan bir milyon qaçın və köçkünlər barədə qaldırılan məsələlərə da reaksiya verərdi: “ Şura Ermənistanla bağlı hansısa sanksiya tətbiq etmir. Ermənistan həyasızcasına Dağlıq Qarabağın ərazisinə ətraf rayonlardan erməniləri yerləşdirir, bu, qanunsuz miqrasiyadır. Azərbaycan bunu gündəmə gətirsə də, Avropa Şurası fərqli mövqedən çıxış edib”.
Cümşüd Nuriyev bildirdi ki, Avriopa Şurası Ermənistan qarşısında susqunluq nümayiş etdirir: “Son zamanlar Avropa Şurası əllə idarə edilən kuklalara bənzəyir. İngiltərə təşkilatdan çıxdıqdan sonra qurumun nüfuzu aşağı enib. Ermənistan işğalçı olamaqla yanaşı, yalanla məşğuldur. Hətta konstitutsiya məhkəməsini buraxdırdı və buna görə referendum keçirilir. Amma Avropa Şurası buna münasibət bildirməkdən yayınır”.
Politoloqun fikrincə, Avropa Şurasının Azərbayacana təzyiqinin arxasında başqa maraqlar durur: “Azərbaycanı ittiham etməyə çalışırlar. Ölkəmiz onların maraqlarını təmin etmədiyi üçün bu hücum diplomatiyasını davam etdirirlər”.
Cümşüd Nuriyev qeyd edib ki, Avropa Şurası təkcə Azərbaycana yox, Çinə qarşı da qərəzli mövqedədir: “İpək yolunun açar dövləti Azərbaycandır. Çin dünyada iqtisadiyyatın aparıcılığına görə ikinci yeri tutur. Çin yenidən ayağa qalxmalıdır, iqtisadi cəhətdən birinci olmaq üçün şansı var. Avropa Şurası ABŞ-ın gizli iqtisadi siyasətini həyata keçirir.
Çin stabil dövlət olmaqla yanaşı, həm də Avropa və Asiyaya açılan qapıdır. Əsas məqsədləri Çinin dünya və Avropa bazarlarına çıxmasının qarşısını almaqdır. Burada da Azərbaycanın Rusiya və Çinlə münasibətlərinin yaxşı olması və öz maraqlarına uyğun hərəkət etməsi onları qıcıqlandırır”.
Cümşüd Nuriyevin fikrincə, Azərbaycanın inkişafı bu beynəlxalq durumda qıcıq yaradır: “Elə fikirləşirlər ki, Azərbaycan da Ermənistan kimi əl dövləti olmalıdır. Bunun siyasi yox, yalnız iqtisadi yükü var.
Azərbaycana qarşı haqsız hücumlar, haqsız hərəkətlər, verilmiş bəyanatlar, qəbul olunan qərarların hamısı göstərir ki, dövlətimiz dünya arenasında Qafqazın aparıcı dövlətinə çevrilmək üzrədir”.