7 Fevral 2020 16:30
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda ilk olaraq fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı Ümid Partiyasının müraciətinə baxılıb.

Məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, Ümid Partiyası tərəfindən siyahı üzrə təqdim edilmiş şəxslər qeydə alına bilər.

MSK sədri Məzahir Pənahov bu partiyanın indiyədək 140 səlahiyətli nümayəndəsinin qeydə alındığını bildirib.

Müzakirədən sonra Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər