“Bilirəm ki, bu gün Azərbaycan xalqı üçün çox vacib gündür”.
Bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, albaniyalı deputat Elona Hoca-Qjebrea deyib.
O bildirib ki, Azərbaycanın ATƏT standartlarına riayət etməsi çərçivəsində bütün standartları və prosedurları dəstəkləmək və qiymətləndirmək üçün gəlmişik.
“Biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu göstərmək üçün buradayıq”, - o söyləyib.
Xanım diplomat Azərbaycan xalqına sülh və uğur arzulayıb./report/