"Seçki prosesini yaxından izləmişəm. Hər hansı bir neqativ halla, süni maneə ilə rastlaşmamışam. İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər".
Bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində 9 fevral parlament seçkilərini müşahidə etmiş İtalya parlamentinin üzvü Boludi Rossana deyib.
Onun sözlərinə görə, seçki hazırlığına və seçkilərin keçirilməsi yaxşı təşkil olunub: "Məntəqələrdə veb-kameraların quraşdırılması, istənilən KİV nümayəndəsinin məntəqələrə daxil olaraq, prosesi yaxından izləməsi seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradır".//Sia.az