9 Fevral 2020 16:05
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki ilə bağlı müşahidələr aparırıq və müşahidə apardığımız bütün məntəqələrdə hər şey qaydasındadır. Əminliklə deyə bilərəm ki, Naxçıvanda seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub.

Bu sözləri beynəlxalq müşahidəçi Sergey Polyakov bildirib.

Naxçıvanda seçkilərin müəyyən olunmuş saatda başladığını vurğulayan Sergey Polyakov deyib:

“Rusiyadan gəlmiş beynəlxalq müşahidəçi kimi deyə bilərəm ki, müşahidə apardığım heç bir məntəqədə qayda pozuntusuna rast gəlmədim. Hər şey qanunauyğun qaydada gedir. Seçicilər sərbəst şəkildə səs verirlər. Naxçıvanda seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Arzu edirəm ki, seçicilər ən layiqli namizədi seçərlər”.//AZƏRTAC


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər