Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Komissiya sədri, həmçinin, sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.
O qeyd edib ki, əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:
“Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.