Bu saata kimi Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət daxil olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlər dərhal baxılır:
“Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur".
MSK sədri vəfat etmiş şəxslərin yerinə səs verilməsi ilə bağlı faktların da Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə dair çağırış edib.
MSK sədri bildirib ki, həmin şəxslərin adı MSK-ya təqdim edilməlidir:
“Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi”.