9 Fevral 2020 17:47
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda keçirilən parlament seçkilərində seçki qanunvericiliyinin bütün normalarına əməl edilir”.

Bu barədə türkiyəli deputat, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Yunus Kılıç deyib.

“Azərbaycandakı seçkiləri izləmək üçün 56-57 ölkədən və beynəlxalq təşkilatlardan 800-dən çox müşahidəçi gəlib. Bundan əlavə, 77 minə yaxın yerli müşahidəçi var. Yəni seçkilərin birbaşa iştirak və ya videoizləmə ilə çox sayda insan müşahidə edir. Buna görə də Azərbaycanda seçkilər qeyri-demokratik ola bilməz. Bu qədər gözü aldatmaq mümkün deyil. Azərbaycan hökuməti bu məsələdə özünə əmindir, buna görə də çox sayda müşahidəçi dəvət edib”, - o bildirib.

Deputat həmkarları ilə birlikdə bir çox seçki məntəqələrində olduğunu, seçki qanunvericiliyinin bütün qaydalarına və beynəlxalq standartlara riayət edilməsinin şahidi olduğunu vurğulayıb: “Bu, belə olmasaydı, insanlar seçki məntəqələrinə gedib səs verməzdi. İnsanlarda bu ümidi gördük. Ümid edirik ki, bu seçkilər Azərbaycana daha da çiçəklənən ölkə olmasına yardım edəcək”.//Report.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər