Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə saat 17:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O qeyd edib ki, saat 17:00-dək ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək seçki dairəsidir. Bu dairədə 70,5 faiz (46 min 225 seçicidən 27 254 nəfər) seçici fəallığı qeydə alınıb.
Ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,9 faiz (53 min 4 seçicidən 13 771 nəfər) təşkil edib.