9 Fevral 2020 21:22
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan nümayəndə heyəti parlament seçkilərində keçirdiyi müşahidənin nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, Pakistan parlamentinin sabiq spiker müavini Murtuza Cahid Abbasi Bakıda özlərini ikinci evlərindəki kimi hiss etdiklərini vurğulayıb və seçki prosesindən razı qaldıqlarını deyib.

O, seçki prosesinin təşkilindən və MSK-nın fəaliyyətindən olduqca məmnun qaldıqlarını dilə gətirib.

İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm 7 fevralda Gəncəni ziyarət etdiklərini, 13, 20 saylı məntəqələrdə nümayəndələrlə görüşdüyünü bildirib.

O, daha sonra 8 fevralda Naxçıvanda olduqlarını və 12 və 3 saylı seçki məntəqələrinə baş çəkdiklərini əlavə edib:

“5 milyon 300 min nəfərdən çox seçici var. Regionda Azərbaycan müstəqil, bitərəf namizədlərin sayına görə 1-ci yerdədir. Heç bir qanunsuzluq müşahidə olunmayıb, hər hansı bir saxtakarlıqla bağlı məlumat daxil olmayıb".

Parlament üzvü doktor İbadulla Xan isə bir çox seçki məntəqəsini ziyarət etdiklərini qeyd edib:

"Müvafiq şəxslərlə görüşdük. Müşahidələrimiz göstərdi ki, seçkilər obyektiv, şəffaf və tam demokratik keçirildi".


Müəllif: Teleqraf.com