10 Fevral 2020 10:19
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşahidə qrupumuz Şamaxı və Qobustandakı seçki dairələrində müşahidələr aparıb və məntəqələrdə seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyiblər.

Teleqraf.com xəbər verir ki, bunu TÜRK PA-nın müşahidə qrupunun rəhbəri İsmet Uçma deyib.

O qeyd edib ki, seçkidə obyektivlik, tərəfsizlik və qərəzsizlik müşayiət edilib: "Müşahidələr zamanı seçicilər və məntəqə işçiləri ilə qarşılıqlı müzakirələr, söhbətlər apardıq. Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq. Mərkəzi Seçki Komissiyasının da işindən razı qaldıq. Bizi daha çox məmnun edən hal o oldu ki, MSK bütün qərarları kollegial qaydada qəbul edirdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər