54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahanın səhhəti pisləşib.
Bu barədə Teleqraf.com-a Elza Seyidacanın özü məlumat verib.
Danışmaqda çətinlik çəkən əməkdar artist bu sözləri deyib: “Hazırda təcili yardım gəlir, səhhətim yaxşı deyil, rayondayıq.
Məntəqədə bizə hücum etdilər. Bacım Mehribanı döydülər. Xəsarət almışıq, əlbəyaxa dava oldu. Buradan MSK sədri Məzahir Pənahova səslənirəm, araşdırsın”.