10 Fevral 2020 11:53
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada keçirilən seçkilərdə biz qadınların iştirakını o qədər də müşahidə etməmişdik. Lakin Azərbaycanda seçkilərin təşkili prosesində qadınlar daha çox iştirak edir. Bu, olduqca önəmli haldır.

Teleqraf.com xəbər verir ki, bunu ötən gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərini izləyən Bosniya və Herseqovina parlamentinin üzvü Predraq Kojul deyib. O bildirib ki, seçkilər demokratik və yüksək səviyyədə təşkil edilmişdi:

"Mən artıq ikinci dəfədir Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Xüsusilə də qeyd etməliyəm ki, texniki baxımından təşkilatçılıq çox yüksək səviyyədə təşkil olunub. Biz 13 seçki məntəqəsində olduq və bu məntəqələrin heç birində pozuntu aşkarlanmadı. Təşkilatçılıq yüksək səviyyədə idi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər