Havanın çox soyuq olmasına baxmayaraq, insanlar seçkidə iştirak edirdi. Məntəqələrdə mühüm məqam müşahidəçilərin olması idi, onlar hər şeyi diqqətlə izləyirdilər.
Teleqraf.com xəbər verir ki, bunu növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransında çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Müşahidə Missiyasının üzvü Əli Əsgər Mohammadi deyib. O bildirib ki, müşahidə Missiyasının 2 üzvü olaraq, Bakıda 8 məntəqədə müşahidə aparıblar:
"Azərbaycan bizim təşkilatın mühüm üzvüdür. Bizim təşkilat hər zaman Azərbaycanın haqq işini dəstəkləyir.
Seçki məntəqələrində hər şey çox diqqətli və açıq təşkil olunmuşdu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm, ölkənizdə mühüm seçki keçdi. Azərbaycan tarixində demokratiya mühüm amildir, seçkilər də demokratik keçdi. Biz çoxlu insanlarla ünsiyyətdə olduq".
Ə.Mohammadi Azərbaycan xalqına müvəffəqiyyət diləyərək, tezliklə Qarabağın işğaldan azad olunmasını arzulayıb.