9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparmışıq. Seçicilər hər hansı maneə olmadan səs verirdilər.
Teleqraf.com xəbər verir ki, bunu Maldiv Seçki Komissiyasının üzvü Fuvod Thovfock deyib. O bildirib ki, səslərin sayılması prosesində də iştirak ediblər:
"Ümumilikdə seçki prosesi çox axıcı keçdi. Hava şəraitinin soyuq olması seçici fəallığına təsir göstərirdi. Amma buna baxmayaraq, seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə etdik. Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq.
Biz həmçinin rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. Bu zamanda istər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı, rəvan olması üçün çalışırdılar. Bizim olduğumuz hər bir seçki məntəqəsində ən azı 1 nəfər təcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmamıza köməklik göstərirdilər. Seçki prosesində iştirak edən şəxslər beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirir və bizi gülərüzlə qarşılayırdılar”.