10 Fevral 2020 16:05
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik kokret fikir bildirmək çətindir.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bu məsələ araşdırılacaq:

“Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.

Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib:

"Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq".


Müəllif: Səxavət

Oxşar xəbərlər