MSK-nın iclasında 91 saylı Ucar seçki dairəsi üzrə şikayətə baxılıb.
Teleqraf.com xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, 91 saylı Ucar seçki dairəsindən qeydə alınmış namizəd Əbil Məmmədov Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Arifə Muxtarova bildirib ki, müraciət ilk əvvəl dairə seçi komissiyasında araşdırılmalıdır. Ona görə də qərara alınıb ki, müraciət araşdırılması üçün DSK-ya göndərilsin.