1300 namizədin 13-ü, 13-ü olmasın, 23-ü, 23-ü olmasın 53 gəlib MSK-nın binası qarşısında aksiya keçirirdilər. Keçməyən namizəd narazı olar. Keçməyən namizədin razı olması təəccüb doğurar.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
O, daha sonra deyib:
“Biz də deyirik ki, gəl narazlığını bildir. Mən aksiya günü köməkçilərimi, MSK katibliyinin müdirini, MSK katibini göndərdim. Biz onların hüququmuzu pozduqlarını Daxili İşlər Nazirliyinə bildirsək ki, onlar bizə mane oldu. DİN-in hüququ yoxdur ki, bizim müraciətimizi təmin etməsin. MSK-nın heç kimdən çəkinəcəyi yoxdur. Onlar dövlət orqanının qanunla, zamanla tənzimlənən işini görməyə mane olurlar. Mən özüm şəxsən onlara 6 saat şərait yaratdım. Mən hamıdan xahiş edirəm, hətta yalvarıram ki, Rəbiyyə Məmmədovanın, Mehman Hüseynovun ən etibar etdikləri vəkillər onların görüntüləri əsasında bir qərar çıxarsınlar, o görüntülər əsasında biz həmin məntəqələr üzrə nəticələri ləğv edək”.
M.Pənahov qeyd edib ki, fevralın 11-də baş tutan aksiya ümumi fon yaratmağa xidmət edən bir aksiya idi:
“Özü də mənfi fon yaradır. Əgər müsbət olsa bu bizim işimizə xidmət edər. Onların dediklərini yerinə yetirsək cəmi iki-üç faiz dairələrdə nəticələrdə dəyişiklik olar. Həmin aksiya öz-özlüyündə Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olmasının göstəricisi idi. Mən özüm həmin kadrlara – binamızı xarici telekanallarda göstərmələrinə baxım ləzzət alırdım. Axşamüstü gəlmişdilər, bir az da tez gəlsəydilər binamız daha gözəl görünərdi”.