14 Fevral 2020 13:15
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Teclerin müraciəti əsasında müşahidə missiyasının üzvü kimi akkreditasiyası ləğv edilən Türkiyənin Giresun Universitetinin sabiq rektoru Aygün Attar sensasion açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Aygün Attar hələ seçki günündən əvvəl ATƏT DTİHB-in Azərbaycanla bağlı qərəzli mövqeyindən narahatlıq keçirdiyini deyib.

“Bu barədə yazılı şəkildə ATƏT DTİHB missiyasının rəhbərinə bildirdim. Etiraz məktubumu elmi-nəzəri və sənədli şəkildə ifadə elədiyim üçün narahat oldular. Ərizəmdə qeyd etdim ki, ATƏT öz vəzifəsini icra etməli, tərəfsiz olmalıdır, radikal və müxalif fikirləri həqiqət kimi təlqin edə bilməz. Yazdım ki, seçki bir dövlətin millətinin seçimidir, Azərbaycan xalqının seçiminə bütün beynəlxalq müşahidəçilər hörmət etməlidirlər, əksinə yönləndirməməlidirlər”.

Aygün Attarın Real TV-yə müsahibəsini təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər