MSK-ya gələn namizədlər çöldə saxlanılmır. Əksinə, Elşən müəllimi (MSK-nın ümumi şöbəsinin müdiri Elşən Əsgərov nəzərdə tutulur) binaya buraxmırdılar.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, MSK-nın fəaliyyəti göz önündədir: “Bizim heç kimdən qorxumuz, çəkinəcəyimiz yoxdur”.
Məzahir Pənahov bildirib ki, Azərbaycan vətəndaşları narahat olmasınlar: "Əgər MSK-nın fəaliyyətində qanun pozuntuları, xüsusilə prosedur pozuntuları olsaydı, bütün dünyaya car çəkmişdilər”.
***
14:06
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasda fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.
İclas saat 14:05-də başlayıb.
Qeyd edək ki, MSK-nın iclası başlanan ərəfədə bina qarşısında namizəd Bəxtiyar Hacıyev və tərəfdarları aksiya keçirib. Onlar qapının girişində dayanaraq binaya heç kimi buraxmamağa çalışıblar.
İclasda ilk olaraq MSK önündə aksiya keçirmiş digər namizəd – 34 saylı Xətai ikinci dairəsi üzrə namizədliyini vermiş Səməd Rəhimli və tərəfdarlarının aksiya keçirməsinə münasibət bildirilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildrib ki, MSK hətta baxmalı olmadığı məsələlərlə bağlı da kifayət qədər tədbirlər görüb:
"Həmin namizədin şikayətinə DSK-da baxılmalıdır. Bir müraciətə iki komissyda baxıla bilməz. Əgər o, DSK-nın qərarından narazı qalsa, bizə şikayət edə bilər. Hazırda onun şikayətinə DSK-da baxılır, razı qalmasa onun şikayətinə baxılacaq”.