15 Fevral 2020 15:38
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclasında 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Qasımova Elza Nuru qızının (Elza Seyidcahan) şikayətinə baxılıb.

Teleqraf.com xəbər veri ki, məsələ barədə MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, şikayət aidiyyəti qaydalarının pozulması üzrə daxil olduğundan müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Çünki bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarındadır.

MSK Elza Seyidcahanın şikayətinin 54 saylı Şabran-Siyəzən seçki dairəsinə göndərilməsinə dair qərar qəbul edib.


Müəllif: Səxavət