17 Fevral 16:54
274

MSK-nın iclasında 34 saylı Xətai ikinci seçki dairəsi üzrə bir qrup namizədin müraciətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, protokollara baxış keçirilib və həmin protokolllarla DSK-dan alınmış protokollarda uyğunsuzluq aşkarlanıb:

“Ona görə də təklif edirəm ki, 1, 2, 3, 4, 18, 30, 35 saylı mənətəqədə səsvermənin nəticələri etibarsız hesab edilsin”.

Qeyd edək ki, həmin dairə üzrə Mixail Zabelin lider namizəd elan edilib.


Müəllif: Səxavət