MSK-nın iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə namizəd olmuş Natiq Cəfərlinin (iqtisadçı ekspert) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizəd olmuş REAL TV-nin əməkdaşı Afət Məhərəmovanın (Telmanqızı) şikayətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, hər iki şikayət şikayətvermə müddəti ötürülməklə qəbul edildiyindən ərizəçilərə geri qaytarılmalıdır.
Həmçinin, 101 saylı Göyöl-Daşkəsən seçki dairəsi üzrə bir şikayətin, 86 İsmayıllı seçki dairəsi üzrə namizəd olmuş Dünyaxanım Cərullayevanın şikayətlərinin geri qaytarılmasına dair qərar qəbul olunub.