MSK-nın iclasında 123 saylı Kəlbəcər seçki dairəsi üzrə namizəd olmuş Əziz Qənbərovun şikayətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi həmin seçki dairəsi üzrə protokolların tərtibi zamanı pozuntulara yol verildiyini, qutulara topa şəkildə bülletenlərin atıldığını bildirib:
“O, öz şikayətində bütövlükdə dairə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməli olduğunu bildirib. Ancaq bu şikayətdə seçicilərin iradəsinə təsir edə biləcək hallar müşahidə edilməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkarlanıb. Həmin məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması üçün əsaslar yaranıb”.
Qərar səsverməyə çıxarılıb və qəbul olunub.