MSK-nın bügünkü iclasında maraqlı hal yaşanıb.
Teleqraf.com-un məlumatına görə, 40 saylı Kəpəz ikinci ( Gəncə ) seçki dairəsindən namizəd olmuş Sitarə Zeynalovanın şikayətinin araşdırılması zamanı daxil olmuş sənədlərdə həmin dairənin adı əvəzinə, 32 saylı Suraxanı üçüncü seçki dairəsinin yazıldığı məlum olub.
MSK sədri Məzahir Pənahov şikayətçiyə müraciətlə deyib:
“Necə olub ki, 40 saylı Kəpəz ikinci seçki dairəsinin əvəzinə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin adı yazılıb. Bu necə olub?”
Şikayətçi bunun texniki səhv olduğunu deyib.
MSK sədri isə bu izahatla razılaşmayıb:
“Nizami əvəzinə Füzuli yazıla bilər. Amma 32 saylı Suraxanı üçüncü necə yazıla bilər?!”
Yaranmış anlaşılmazlıq iclasda gülüşə səbəb olub.