MSK-nın iclasında 107 saylı Qazax seçki dairəsi üzrə namizəd olmuş Ramil Göyüşovun şikayətinə baxılıb.
Məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, R.Göyüşov DSK-nın qərarından şikayət edib.
Müzakirədən sonra bu seçki dairəsi üzrə 2 saylı məntəqədə seçkinin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.