Mərkəzi Seçki Komissiyasının iclasında 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizəd Ağasif İbrahimovun (Ağasif Şakiroğlu) şikayətinə baxılıb.
MSK üzvü Validə Kazımova bildirib ki, Ağasif Şakiroğlu seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.
Ancaq V.Kazımova bildirib ki, araşdırma nəticəsində bu seçki dairəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müşahidə olunmayıb.
MSK müzakirələrin yekununda 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 24 saylı mənətəqədə nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.