21 Fevral 2020 12:19
1 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusu İtaliya və Fransadan alınacaq hərbi texnikaları ilə gücünü artıra bilər”.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspert Azərbaycan və İtaliya ilə imzalanmış hərbi müqaviləyə diqqət çəkib:

“Münhendən sonra Ermənistan ikinci ağır zərbəni “M-346” müqaviləsi ilə İtaliyadan aldı. Qeyd edim ki, bundan bir neçə il əvvəl - Ohanyanın müdafiə naziri olduğu dövrdə Ermənistan İtaliyadan “Falco” taktik PUA almağa cəhd göstərirdi. Çalışırdı ki, kiçik satınalma ilə Azərbaycanla “İtaliyanın “Leonardo” şirkəti ilə münasibətlərini korlasın. Sonra məlum oldu ki, Ermənistana verilən qiymət çox bahadır. Digər məlumata görə isə, ruslar buna mane olublar. Beləliklə ya zəlzələdən, ya da vəlvələdən ermənilərin “Leonardo” ilə bazarlığı baş tutmayıb”.

Rəşad Süleymanov yaxın günlərdə Azərbaycanın İtaliya ilə yanaşı, Fransadan da silah alacağını bildirib:

“Yaxın günlərdə ordumuzun silahlanmasında Fransanın da məşhur hərbi şirkətlərindən alınmış məhsulların nümayiş etdirilməsi, Fransanın İrəvandakı səfirliyi önündə mitinqə səbəb olacaq”.

“Alenia Aermacchi M-346 Master” İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu