MSK-nın bugünkü iclasında MSK katibi Arifə Muxtarova bildirib ki, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə daxil olmuş şikayət, şikayətvermə müddəti ötdüyü üçün ərizəçiyə geri qaytarılmalıdır.
Teleqraf.com xəbər verir ki, daha sonra 25 saylı Nizami ikinci seçki dairəsi üzrə daxil olmuş şikayətə baxılıb. Ərizəçi iclasda iştirak etmədiyi üçün onun baxılması təxirə salınıb.
MSK bununla bağlı müvafiq qərarlar qəbul edib.